Modern.az

Keniya Prezidentinin saytı bərpa edildi

Keniya Prezidentinin saytı bərpa edildi

Dünya

Bu gün, 04:21

Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı ötən gün baş vermiş haker hücumundan sonra yenidən işə düşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dövlət başçısının rəsmi platforması aktivdir və orada administrasiyanın materialları yerləşdirilib.

Qeyd edək ki, iyulun 18-də kibercinayətkarlar sayta daxil olaraq onun ana səhifəsinə prezidentə ünvanlanmış mesajlar yerləşdirmişdilər.

Hakerlər 5 bitkoin (təxminən 320 min dollar) məbləğində fidyə tələb etmiş və imtina ediləcəyi təqdirdə bəzi məlumatları yayacaqları ilə hədələmişdilər. Lakin hücum anından bəri heç bir gizli məlumat ifşa olunmayıb.

Keniya hakimiyyəti hadisəni təsdiqləyərək araşdırma aparılması üçün sayta girişi müvəqqəti məhdudlaşdırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR