Modern.az

Bugündən Baş nazirdir

Bugündən Baş nazirdir

Dünya

20 İyul 2026, 11:44

Böyük Britaniya iqtisadi çətinliklər, dövlət xidmətlərində artan təzyiq və son onilliklərdə həyat səviyyəsinin yüksəliş tempinin zəifləməsi fonunda yeni siyasi mərhələyə qədəm qoyur. Ölkədə siyasi qeyri-sabitliyin davam etməsi və cəmiyyətdə ümumi bədbin əhval-ruhiyyənin hökm sürməsi fonunda Endi Börnhem hakim Leyborist Partiyasının yeni lideri və Böyük Britaniyanın baş naziri vəzifəsinə başlayıb.

Modern.az "CNN"-ə istindən xəbər verir ki, Keir Starmeri əvəz edən Börnhem son on ildə ölkənin yeddinci baş naziri olub. O, vəzifəsinin icrasına başlayarkən Britaniya üçün "yeni imkanlar dövrü" vəd edib və əsas məqsədinin ölkədə siyasi sabitliyi bərpa etmək olduğunu bildirib.

Siyasətçi çıxışlarında Böyük Mançester meri olduğu dövrdə tətbiq etdiyi idarəetmə modelini bütün ölkə üzrə həyata keçirmək niyyətində olduğunu vurğulayıb. Börnhem biznesə açıq yanaşma, yerli idarəetmənin səlahiyyətlərinin genişləndirilməsi və sosial-demokratik prinsiplərə əsaslanan "Mançesterizm" modelini Londona və digər bölgələrə tətbiq etməyi planlaşdırır.

Uzun illər parlament üzvü və hökumətdə nazir kimi fəaliyyət göstərmiş Börnhem 2017-ci ildən Böyük Mançesterin meri olub. O, ünsiyyət bacarığı, insanları motivasiya etməsi və sadə davranış tərzi ilə tanınır.

Leyborist Partiyasının liderliyi uğrunda son 16 ildə üçüncü dəfə namizədliyini irəli sürən Börnhem seçki kampaniyası zamanı ölkəyə "ehtiyac duyduğu dönüş nöqtəsini" gətirəcəyini bəyan etmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR