Dünyanın ən varlı neft maqnatlarından biri hesab olunan, əslən Bakıdan olan Vahid Ələkbərov 2026-cı ildə də sərvətini artırmağa davam edir.
Modern.az xəbər verir ki, son maliyyə göstəricilərinə əsasən, "LUKOIL"un əsas səhmdarının sərvəti 29,5 milyard dollara yüksəlib. Bu isə o deməkdir ki, milyarder 2026-cı ilin əvvəlindən təxminən 800 milyon dollar əlavə sərvət əldə edib.
Ələkbərov hazırda Rusiyanın ən zəngin iş adamlarından biri olmaqla yanaşı, dünyanın ən nüfuzlu enerji milyarderləri sırasında yer alır. Təkcə 2025-ci ildə Vahid Ələkbərov "LUKOIL"dan aldığı dividendlər hesabına 2,4 milyard dollara yaxın gəlir əldə edib. Hazırda o, şirkətin təxminən 28,3 faiz səhminə sahibdir.
Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərində anadan olub.