Modern.az

"Nokia" yeni telefonunu təqdim etdi

"Nokia" yeni telefonunu təqdim etdi

Dünya

21 İyul 2026, 05:20

“Nokia” brendi altında rekord tutumlu batareyaya malik düyməli telefon təqdim olunub.

Modern.az xəbər verir ki, bu barədə “Notebookcheck” nəşri məlumat yayıb.

“Nokia 300 Power Bank” modeli Filippində təqdim edilib. Mobil cihaz uzun illərdir əfsanəvi Finlandiya brendi altında klassik düyməli telefonları yenidən istehsal edən HMD Global şirkəti tərəfindən hazırlanıb.

Qurğunun əsas fərqləndirici xüsusiyyəti 3700 milliamper-saat (mAh) tutumlu rekord göstəriciyə malik batareyadır. HMD-nin məlumatına görə, telefon gözləmə rejimində 45 günədək, danışıq rejimində isə 26 saatadək işləyə bilir.

Bundan əlavə, cihaz USB-C portu ilə təchiz olunub ki, bu da ona digər qurğuları enerji bankı (power bank) kimi qoşaraq enerji ilə doldurmağa imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı