Modern.az

Britaniyanın yeni Baş naziri ilk olaraq Tramp və Zelenskiyə zəng edəcək

Britaniyanın yeni Baş naziri ilk olaraq Tramp və Zelenskiyə zəng edəcək

Dünya

21 İyul 2026, 00:40

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem vəzifəyə başladıqdan sonra ilk telefon zənglərini ABŞ Prezidenti Donald Trampa və Ukrayna Prezidenti Volodimir Zelenskiyə edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, Endi Börnem bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.

Börnem qeyd edib ki, Zelenski ilə söhbət zamanı Böyük Britaniyanın Ukraynaya münasibətdə siyasətinin dəyişməyəcəyini və əvvəlki kimi qalacağını vurğulayacaq.

Yeni Baş nazir əlavə edib ki, Böyük Britaniya bundan sonra da Kiyevə dəstəyini davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı