Modern.az

ABŞ İrana yeni zərbələr endirib

ABŞ İrana yeni zərbələr endirib

Dünya

21 İyul 2026, 01:01

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İrana qarşı yeni zərbələr seriyasına başlanıldığını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayıb.

ABŞ hərbi komandanlığının açıqlamasına görə, zərbələrin məqsədi İranın hərbi imkanlarını daha da zəiflətməkdir. Vaşinqton iddia edir ki, həmin imkanlardan Hörmüz boğazında kommersiya gəmiçiliyinə qarşı hücumlar üçün istifadə olunur.

CENTCOM əməliyyatın gedişi və nəticələri ilə bağlı əlavə məlumat verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...