Modern.az

115 yaşında vəfat etdi 

115 yaşında vəfat etdi 

Dünya

Bu gün, 18:22

Yaponiyanın ən yaşlı sakini Sigeqo Kaqava 115 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “Nippon Television” ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, 1911-ci ildə anadan olmuş və Nara prefekturasında yaşamış Şigeqo Kaqava avqustun 27-də vəfat edib.

Qeyd edək ki, hazırda Yaponiyanın ən yaşlı sakini Kioto şəhərindən olan Fuye Kisimotodur. Onun 114 yaşı var.

Dünyanın ən yaşlı insanı isə britaniyalı Etel Katerhemdir. BBC daha əvvəl xəbər vermişdi ki, onun 2026-cı ildə 117 yaşı tamam olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...