Modern.az

"ChatGPT"də qlobal nasazlıq baş verib

"ChatGPT"də qlobal nasazlıq baş verib

Dünya

1 Sentyabr 2026, 04:54

"OpenAI" şirkətinin süni intellekt əsaslı chatbotu "ChatGPT"nin işində bir sıra ölkələrdə qlobal nasazlıq qeydə alınıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Downdetector" xidmətinin məlumatları xəbər verir.

İstifadəçilər "ChatGPT"dən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər. Nasazlığın səbəbi və problemin aradan qaldırılması ilə bağlı hələlik "OpenAI" tərəfindən rəsmi açıqlama verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı