Modern.az

Putin: Moskva münasibətləri anlamalıdır 

Putin: Moskva münasibətləri anlamalıdır 

Dünya

1 Sentyabr 2026, 21:24

Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşıdır.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Paşinyanla görüşündə bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.

Putin qeyd edib ki, Ermənistanın Aİİ-də (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü dövründə ölkənin ÜDM-i 3 dəfə, İttifaq ölkələrinə ixrac isə 10 dəfə artıb:

"Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi ölkənin qanuni hüququdur, lakin bu, Aİİ-də üzvlüyün davam etdirilməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Ermənistan Aİ-yə üzvlük məsələsində nə qədər tez qərar versə, bir o qədər yaxşıdır. Çünki, Moskva münasibətilərin bundan sonra necə inkişaf etdirəcəyini anlamalıdı".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland