Modern.az

İsrail ordusu Livanın cənubunu vurdu

İsrail ordusu Livanın cənubunu vurdu

Dünya

Bu gün, 02:48

İsrail hərbi aviasiyası Livanın cənub vilayətlərinə və strateji məntəqələrinə qarşı irimiqyaslı hava hücumları dalğasına başlayıb.

Modern.az Livanın rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri Yuxarı Nəbatiyə, Kantara, Haris və Mənsuri qəsəbələrini ağır bombardman edib.

Eyni zamanda İsrail ordusu Kefr Tebnit və Beyt Lif bölgələrində güclü partlayışlar törədib, Mənsuri qəsəbəsi isə eyni vaxtda topçu birlikləri tərəfindən atəşə tutulub.

Hücumlar zamanı bir çox mülki yaşayış evi hədəf alınıb, Ərəb Səlim qəsəbəsində isə yerli qəbiristanlıq bombalanıb.

Livan rəsmilərinin son hesabatına görə, tərəflər arasında əldə olunan razılaşmaya rəğmən davam edən hücumlarda indiyədək 4 mindən çox insan həyatını itirib, 12 mindən çox şəxs yaralanıb, 1 milyondan çox insan isə evini tərk etmək məclubiyyətində qalıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...