Modern.az

Paşinyan Putinə cavab verdi: Rusiya hərbi bazasını çıxarmaq istəsə...

Paşinyan Putinə cavab verdi: Rusiya hərbi bazasını çıxarmaq istəsə...

Dünya

Bu gün, 13:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsinin müzakirə edilmədiyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya hərbi bazasının Ermənistanda qalmasının İrəvan üçün həyati zərurət olmadığını deyib.

“Hərbi bazaya gəlincə, belə bir müzakirə olmayıb. Bu müddət ərzində biz 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Bununla belə, hesab etmirik ki, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşıyan zərurətdir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq.

“Əgər Rusiya tərəfi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma Rusiya tərəfi bazanı saxlamaq istəsə, bu məsələni də müzakirə etməyə hazırıq”, – Ermənistanın baş naziri qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Moskva “hətta sabah” ölkədən çıxa bilər.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.

102-ci bazanın hava komponenti İrəvanda yerləşən “Erebuni” aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB dövlətlərinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...