Modern.az

Putin Rusiyada yeni səfərbərliyə “yox” dedi 

Putin Rusiyada yeni səfərbərliyə “yox” dedi 

Dünya

Bu gün, 22:44

Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı iddialar son günlər yenidən gündəmə gəlib. Xüsusilə sentyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni səfərbərlik dalğasının başlaya biləcəyi barədə məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni səfərbərlik elan olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Putin bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra Qırğızıstanın paytaxtı Bişkekdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalist Rusiyada sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik dalğasının başlayacağı barədə məlumatların son günlər artdığını qeyd edib.

Putin isə bu iddianı sərt şəkildə rədd edib:

“Bu, cəfəngiyyatdır. Bu, Rusiyaya qarşı informasiya hücumudur.” 

Putinin sözlərinə görə, səfərbərliyə ehtiyac yoxdur və yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaratmağa yönəlmiş informasiya kampaniyasının bir hissəsidir.

Beləliklə, Kreml səviyyəsində Rusiyada yaxın zamanda yeni səfərbərlik elan ediləcəyi barədə xəbərlər rəsmən təkzib olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...