Modern.az

Türkiyədən 150 biznesmen İrəvandadır - xərclərini Avropa ödəyir

Türkiyədən 150 biznesmen İrəvandadır - xərclərini Avropa ödəyir

Dünya

Bu gün, 11:12

Türkiyədən təxminən 150 iş adamı Ermənistanın paytaxtı İrəvana gedərək erməni-türk biznes forumunda iştirak edib.

Modern.az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Türkiyədən gələn biznes nümayəndələrinin İrəvandakı hotel, qidalanma və şəhərin görməli yerlərinə səfər xərclərinin Avropa İttifaqının qrantı hesabına qarşılandığı bildirilir.

Nəşrin məlumatına görə, Ermənistanda regionlardan forumda iştirak edən sahibkarların xərclərinin isə bu maliyyələşmə çərçivəsində qarşılanması nəzərdə tutulmayıb.

Ermənistanın İstehsalçılar və İş Adamları İttifaqının icraçı direktoru Eduard Kirakosyan Türkiyədən sahibkarların İrəvana gəldiyini təsdiqləyib. Onun sözlərinə görə, nümayəndə heyətində Türkiyənin həm şərq, həm də qərb bölgələrindən olan biznesmenlər iştirak edir.

Forum sentyabrın 3-4-də İrəvanda keçirilir və Ermənistan-Türkiyə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində təşkil olunub.

Forumda təxminən 200 erməni və türk sahibkarın iştirak etdiyi, İT, turizm, tikinti, qida istehsalı və nəqliyyat kimi sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilir.

Maraqlı məqam isə ondan ibarətdir ki, tədbir Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin və sərhədin hələ də tam açılmadığı bir vaxtda keçirilir. İrəvan və Ankara arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Aİ-nin maliyyə dəstəyi ilə belə platformaların yaradılması regionda yeni iqtisadi və nəqliyyat bağlantılarının formalaşdırılması istiqamətində Brüsselin marağını da göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...