Modern.az

Türkiyədə bələdiyyə əməliyyatı: iki mer müavini də daxil 25 nəfər saxlanıldı

Türkiyədə bələdiyyə əməliyyatı: iki mer müavini də daxil 25 nəfər saxlanıldı

Dünya

Bu gün, 10:26

Türkiyənin Ankara vilayətinin Etimesqut bələdiyyəsində hüquq-mühafizə orqanları əməliyyat keçirib. Əməliyyat zamanı iki mer müavini də daxil olmaqla 25 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Əməliyyatın səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Etimesqut bələdiyyəsinin rəhbərliyi barəsində korrupsiya, eləcə də bələdiyyə satınalmaları və tenderlərində qanun pozuntuları şübhəsi ilə istintaq başlanıb.

2026-cı ilin iyulunda həmin iş üzrə keçirilən genişmiqyaslı əməliyyat zamanı Etimesqut bələdiyyəsinin meri Erdal Beşikçioğlu və onun müavinləri də daxil olmaqla onlarla şəxs saxlanılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib