Modern.az

Hərbi xidmət məcburi olacaq 

Hərbi xidmət məcburi olacaq 

Dünya

Bu gün, 00:43

Könüllü hərbi xidmət modeli gözlənilən nəticəni verməsə, məcburi çağırışın yenidən tətbiqi gündəmə gətiriləcək.

Modern.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts bildirib.

O, sözügedən qərarın gələn il veriləcəyini qeyd edib:

“Gələcəkdə məcburi hərbi xidmətin bərpasının zərurətə çevrilə biləcəyi ilə bağlı qənaət getdikcə güclənir. Həm gənc kişilərin, həm də qadınların Almaniya cəmiyyətinin rifahı naminə hərbi xidmət keçməyə hazır olduqlarına inanıram”.

Qeyd edək ki, Almaniyada 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmət əvəzinə 2025-ci ilin dekabrında könüllü hərbi xidmət modeli bərpa edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı