Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" hərəkatının husi qruplaşması Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Apache" helikopterini krallıqla sərhəd ərazisində vurduğunu iddia edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səria məlumat verib.
"Silahlı qüvvələrimiz Nəcran yaxınlığında, Səudiyyə Ərəbistanının cənubunda, sərhəd bölgəsindəki mövqelərimizə qarşı hərbi əməliyyatlar həyata keçirən Səudiyyə Ərəbistanına məxsus "Apache" helikopterini məhv etməyi bacarıb", - deyə bəyanatda bildirilib.