Mehdi Əxlaqi Kitabçi İran parlamentinin deputatlarının etimad səsini qazanaraq müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə seçilib.
Modern.az xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, İran parlamentinin deputatları bu gün keçirilən açıq iclasda Mehdi Əxlaqi Kitabçinin proqramlarını və namizədliyini müzakirə etdikdən sonra ona müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini tutmaq üçün etimad göstəriblər.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni general-mayor Əziz Nəsirzadə tuturdu. O, ötən ilin isfənd ayında ABŞ və İsrailin həyata keçirdiyi hücumlar zamanı həlak olub.