Modern.az

Açıq odda ət, tanınmış müğənnilər - Masonlar Moskvada görüşdü

Açıq odda ət, tanınmış müğənnilər - Masonlar Moskvada görüşdü

Dünya

Bu gün, 15:32

Moskvanın mərkəzində mason qardaşlığının nümayəndələri lojanın yubileyinə həsr olunmuş qapalı təntənəli tədbir keçiriblər.

Modern.az Rusiya mediasına istinadla xəbər verir ki, təşkilatın təxminən 70 üzvü həyat yoldaşları ilə birlikdə Çapayevski döngəsində yerləşən, tanınmış rusiyalı ifaçıların da yaşadığı elit göydələnin VIP-loftunda toplaşıb.

Təşkilatçılar tədbiri binanın əməkdaşlarına “siqar klubunun görüşü” kimi təqdim ediblər. Qonaqlar üçün açıq odda ət bişirilməsini əhatə edən kulinariya şousu təşkil olunub və tədbirə kaver-qrup dəvət edilib. Musiqiçilərin repertuarına müxtəlif dillərdə mahnıların daxil edilməsi nəzərdə tutulub, onların səhnə geyimlərini isə gecənin təşkilatçıları özləri seçiblər.

Mənbənin hesablamalarına görə, tədbirin təşkili sifarişçiyə təxminən 1,5 milyon rubla (təxminən 30 min 435 manat) başa gəlib. İştirakçılardan biri həmin gecə ilə bağlı “erotik gözləntilərinin” olduğunu etiraf edib. Bu gözləntilərin doğrulub-doğrulmadığı isə məlum deyil, loja üzvləri gecənin təfərrüatlarını açıqlamamağa üstünlük veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı