İstanbulun Bakırköy rayon prokurorluğu narkotik vasitələrin satışında təqsirləndirilən müğənni İlyas Yalçıntaş barəsində ittiham aktı hazırlayıb.
Modern.az xəbər verir ki, Baş Prokurorluq Yalçıntaşın ən azı 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Müğənni isə müdafiəsində bildirib ki, mənzilində aşkarlanan yüksək dəqiqlikli tərəzilər qidalanmasına nəzarət etmək üçün istifadə olunub. Qablardan birində tapılan maddənin isə anasının ona göndərdiyi kəklikotu olduğunu iddia edib.
Qeyd edək ki, iyulun 17-də İstanbul məhkəməsi narkotik vasitələrin satışı ilə bağlı iş çərçivəsində İlyas Yalçıntaş barəsində həbs qətimkan tədbiri seçib.