Modern.az

Niderland da getdikcə ayrıca bir məsələyə çevrilir - Netanyahu

Niderland da getdikcə ayrıca bir məsələyə çevrilir - Netanyahu

Dünya

Bu gün, 21:05

“Əgər rejim yenidən bərpa olunarsa, nüvə potensialını və kütləvi qırğın silahlarını yenidən yaradacaq”.

Modern.az xəbər verir ki,  bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik, İranla qarşıdurma, Qəzza zolağındakı hərbi əməliyyatlar və ölkəsinin müdafiə strategiyası ilə bağlı bir sıra açıqlamalar verib.

Onun sözlərinə görə, İsraili məhv etmək niyyətində olan, bunun üçün hərəkətə keçən düşmən dövlətlərlə qonşuluqda yaşamaq mümkün deyil

“Bu, nüvə silahına malik Niderland deyil. Hərçənd Niderland da getdikcə ayrıca bir məsələyə çevrilir. Zarafat edirəm, zarafat edirəm. İranın liderlərindən biri vaxtilə belə demişdi: ‘İsrail bir bombalıq ölkədir. Onun üzərinə bir bomba atın, hər şey bitəcək’.

Bu, təkcə bir zərbə ilə bir neçə yüz min insanı öldürəcəyinizə görə deyil, həm də dövlətin əsas dayağını məhv edəcəyinizə görə belədir. İsrail çox kiçik və əhalisi sıx olan ölkədir. Nüvə bombası dövlətin məhvi deməkdir.

“Trampın yanına getdim və ona dedim: ‘Mən bunu etməyə hazırlaşıram’. Ondan icazə istəmədim. Sadəcə nə edəcəyimi bildirdim. Hər halda bunu edəcəyik. B-2 bombardmançılarını götürün və Fordoya zərbə endirin. Mənim xahişim bu idi. Bunu edə bilsəniz, təşəkkür edirəm. Amma istənilən halda biz hərəkətə keçəcəyik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı