Modern.az

Putin müharibəni bitirmək üçün üçtərəfli sammit təklif edib

Putin müharibəni bitirmək üçün üçtərəfli sammit təklif edib

Dünya

Bu gün, 09:01

“The Wall Street Journal”ın məlumatına görə, Kreml Çinin Şençjen şəhərində noyabrın 18–19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş təşkil etməyi təklif edib.

Modern.az xəbər verir ki, nəşrin mənbələrinin bildirdiyinə görə, Vladimir Putin bu təşəbbüsü oktyabrın 9-da Donald Trampla telefon danışığı zamanı irəli sürüb.

Kremlin sözçüsü Dmitri Peskov da mümkün görüşlə bağlı danışıqların aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, görüşün baş tutub-tutmayacağı və mümkün gündəliyi barədə hələ aydınlıq olmasa da, “hər üç tərəf onun keçirilməsinin hipotetik mümkünlüyünü istisna etmir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində