Modern.az

İran ABŞ-yə meydan oxudu: “Bizim də yarımçıq işlərimiz var”

İran ABŞ-yə meydan oxudu: “Bizim də yarımçıq işlərimiz var”

Dünya

Bu gün, 09:09

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ni ölkəsinə qarşı mümkün yeni hücumdan çəkindirib. O bildirib ki, belə bir addım Tehranın cavab zərbələrinə səbəb ola bilər.

Modern.az xəbər verir ki, Araqçi bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə yaxın vaxtlarda qərar verəcəyini açıqlayıb.

“Sonuncu dəfə işi "sona çatdırmaq" istəyəndə İran daha da gücləndi. Yenidən bəxtinizi sınamaq istəyirsiniz? Buyurun. Amma ehtiyatlı olun, bizim də yarımçıq işlərimiz var”, – deyə Araqçi qeyd edib.

İranlı nazirin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail üçün nəticələrin necə olacağından asılı olmayaraq, həbs cəzasından yayınmaq məqsədilə ABŞ-ni növbəti müharibəyə sürükləyir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab zərbələri ilə qarşılıq verib. Hazırda münaqişə nizamlanmayıb.

Gərginlik nəticəsində Hörmüz boğazından gəmiçilik, demək olar ki, dayanıb. Bu boğaz dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz tədarükü üçün əsas marşrutlardan biridir. Münaqişə fonunda dünyanın əksər ölkələrində yanacağın qiyməti artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində