Modern.az

Zelenskinin bunu niyə mətbuata dediyini bilmirəm - Rubio

Zelenskinin bunu niyə mətbuata dediyini bilmirəm - Rubio

Dünya

Bu gün, 10:27

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə iddianı təkzib edib.

Modern.az xəbər verir ki, Rubio jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftənin əvvəlində məlumat mübadiləsinin dayandırılması barədə açıqlamasına dair sualını cavablandırıb.

“Bilmirəm, o bunu haradan götürür və niyə mətbuata deyir. Heç bir fasilə olmayıb. Zelenski diqqətini bu müharibəyə son qoymağa yönəltməlidir”, – dövlət katibi bildirib.

Rubio qeyd edib ki, bir neçə gün əvvəl Ukraynanın erkən xəbərdarlıq sisteminin proqram təminatında problem yaranıb. Onun sözlərinə görə, məsələ ilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) məşğul olur.

“Ötən gecə baş verənləri şərh edə bilmərəm”, – o əlavə edib.

Dövlət katibi Ukraynada müharibəyə gətirib çıxaran və hələ də mövcud olan əsas amillərin aradan qaldırılmasının asan olmadığını vurğulayıb. Bununla belə, ABŞ-nin səylərini davam etdirəcəyini bildirib.

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hazırda aparılan danışıqların imkanlarını qiymətləndirmək üçün sanksiyaların tətbiqini 60 gün müddətinə dayandırıb.

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?