Modern.az

Ermənistan çayına Avropada qadağa qoyuldu - SƏBƏB

Ermənistan çayına Avropada qadağa qoyuldu - SƏBƏB

Dünya

Bu gün, 10:36

Latviyada Ermənistandan gətirilən yaşıl çayın bir partiyasının ölkəyə idxalı qadağan edilib. Buna səbəb məhsulun tərkibində Avropa İttifaqında istifadəsi qadağan olunan pestisidin aşkarlanmasıdır.

Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Latviyanın Qida və Baytarlıq Xidmətinin apardığı yoxlama zamanı çəkisi 57,6 kiloqram olan çay partiyasında tolfenpirad pestisidinin qalıqları aşkarlanıb. Bu maddənin Avropa İttifaqında istifadəsinə icazə verilmir.

Laboratoriya analizləri, həmçinin iki digər pestisidin — lambda-siqalotrin və tiametoksamın miqdarının yol verilən həddi aşdığını göstərib.

Qurumun məlumatına görə, məhsullar məhv edilməli və ya Avropa İttifaqına daxil olmayan ölkəyə göndərilməlidir.

Qeyd edək ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünə tətbiq etdiyi məhdudiyyətlərdən sonra İrəvan ixracın bir hissəsini Avropa İttifaqı ölkələrinə yönəltməyə çalışıb. Bu məqsədlə Ermənistan Brüsseldən on milyonlarla avro vəsait alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?