2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23,45 milyon dollar dəyərində məhsul ixrac edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, qeyd olunan dövrdə Ermənistanından Azərbaycana dolayı idxalın həcmi cəmi 96,5 min dollar təşkil edib. Bu məbləğin 95,5 min dolları sentyabr ayının payına düşüb.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın ixracı 23 milyard 865 milyon dollar, idxalı isə 13 milyard 346 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 28,3 faiz artıb, idxal isə 20,4 faiz azalıb