Türkiyə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq olunması təklifini Ukrayna və Rusiyaya çatdırıb.
Modern.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
Təklifə əsasən, Ukrayna gəmilərinin Bosfor boğazına təhlükəsiz keçidi üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca dəhliz açılması nəzərdə tutulur. Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca təhlükəsiz marşrutun yaradılması təklif olunur.
Nəşrin məlumatına görə, tərəflər razılığa gəlsələr, taxıl sazişinə bənzər razılaşma imzalanacaq.