Modern.az

Rusiya Afrikaya mülki gəmilərlə hərbi texnika daşıyır

Rusiya Afrikaya mülki gəmilərlə hərbi texnika daşıyır

Dünya

Bu gün, 13:24

Rusiyanın mülki yük gəmilərindən Afrikaya hərbi texnika və xüsusi xidmət əməkdaşları göndərmək üçün istifadə etdiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə “Dosye” Mərkəzi, “Süddeutsche Zeitung” və digər Avropa media qurumlarının birgə araşdırmasında bildirilir.

Jurnalistlər Rusiya Müdafiə Nazirliyinin “Afrika korpusu” üçün texnika daşıyan üç ro-ro gəmisində və dörd quru yük gəmisində 28 şübhəli sərnişin müəyyənləşdiriblər.

Araşdırma müəlliflərinin bildirdiyinə görə, həmin şəxslər barədə yoxladıqları məlumat bazalarında qeydlər aşkarlanmayıb. Onların biometrik olmayan xarici pasportlarının ardıcıl nömrələrlə, toplu şəkildə verildiyi müəyyən edilib.

Avropa kəşfiyyatındakı mənbələr bu şəxslərin saxta kimlik altında fəaliyyət göstərən Rusiya xüsusi xidmət əməkdaşları olduğunu iddia edirlər.

Araşdırmada “Rosatom”un xüsusi layihələrinə xidmət göstərən “Sabetta” quru yük gəmisi də nümunə kimi göstərilib. Bildirilib ki, gəmi mart ayında sonradan Maliyə göndərilmək üçün Qvineyanın paytaxtı Konakriyə təxminən 50 zirehli avtomobil və yanacaqdaşıyan maşın çatdırıb.

İddiaya görə, hərbi yüklə yanaşı, gəmidə kimliyi gizlədilən dörd sərnişin də olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?