Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün işgüzar səfərlə Tehrana gedib.
Modern.az xəbər verir ki, səfər çərçivəsində Rusiya XİN rəhbəri iranlı həmkarı Abbas Araqçi ilə görüşəcək.
Tərəflər Fars körfəzi bölgəsində vəziyyətin gərginliyinin azaldılması istiqamətində atılacaq addımları müzakirə edəcəklər.
Danışıqların digər mühüm mövzusu Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün praktiki tədbirlər olacaq.
Bundan başqa, İran Prezidenti Məsud Pezeşkianın da Sergey Lavrovu qəbul edəcəyi gözlənilir