Belarus Prezidenti Aleksandr Lukaşenko Bryansk vilayətinin qubernatoru Kovalçukla görüşdə bölgənin mənsubiyyəti barədə zarafat edib.
Modern.az xəbər verir ki, Lukaşenko Belarusla Rusiyanın sərhədyanı bölgələri arasındakı yaxın əlaqələrdən danışıb.
“Bryansk vilayətinin kimə məxsus olduğunu hələ aydınlaşdırmaq lazımdır. Bunu yaxşı mənada deyirəm: Bryansk vilayətində ən yaxşı nə varsa, Belarusdandır, Belarusda ən yaxşı nə varsa, Bryansk, eləcə də Smolensk və Pskov vilayətlərindəndir”, – o bildirib.
Lukaşenko iki ölkə arasında dövlət sərhədinin olmamasından məmnunluğunu ifadə edərək “inzibati sərhədin problem olmadığını” söyləyib.
Belarus Prezidenti Bryansk vilayətinin qazlaşdırılmasına kömək göstərməyi də təklif edib.