Modern.az

Azərbaycan Polşanın strateji tərəfdaşı oldu

Azərbaycan Polşanın strateji tərəfdaşı oldu

Dünya

Bu gün, 22:40

Azərbaycan rəsmi olaraq Polşanın strateji tərəfdaşları siyahısına daxil edilib.

Modern.az xəbər verir ki, bu barədə Varşavanın əsas xarici dövlətlərlə münasibətlərini araşdıran “Defence24” nəşrinin sorğusuna Polşa Xarici İşlər Nazirliyinin verdiyi cavabda bildirilib.

Azərbaycanla yanaşı, siyahıya ABŞ, Kanada, Ukrayna, Türkiyə, Fransa, Böyük Britaniya, İsveç, Rumıniya, Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Nigeriya və Seneqal daxil edilib.

Polşanın xarici siyasət qurumundan bildirilib ki, strateji tərəfdaş statusu konkret ölkə ilə əməkdaşlığın həm ikitərəfli münasibətlər, həm də beynəlxalq arenada fəaliyyətin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətini əks etdirir. Bu əməkdaşlıq, ilk növbədə, təhlükəsizlik və beynəlxalq sabitliyin qorunması sahələrini əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər