Modern.az

Kiyevdə müəssisə vuruldu: ölən və yaralananlar var

Kiyevdə müəssisə vuruldu: ölən və yaralananlar var

Dünya

Bu gün, 22:50

Rusiya ordusu Kiyev vilayətinin Obuxov rayonunda müəssisəyə zərbə endirib.

Modern.az xəbər verir ki, vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko zərbə nəticəsində 1 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, daha altı nəfər yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib və zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Rusiya rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər