Modern.az

İran ABŞ-ni beynəlxalq rabitəni kəsməklə hədələdi

İran ABŞ-ni beynəlxalq rabitəni kəsməklə hədələdi

Dünya

Bu gün, 08:43

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ilə gərginlik fonunda yeni hədəflərin müəyyənləşdirilə biləcəyi barədə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə korpusun sözçüsü Hüseyn Möhibbi açıqlama verib.

O bildirib ki, Hörmüz boğazının altından yeddi mühüm internet kabeli keçir və bu infrastruktur beynəlxalq rabitə baxımından böyük əhəmiyyət daşıyır.

“Yeni hədəflər və yeni silahlar təqdim ediləcək”, – deyə Möhibbi vurğulayıb.

Bu arada ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana iqtisadi və hərbi təzyiqləri davam etdirdiyini bəyan edib.

İran tərəfinin açıqlamaları Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik fonunda səsləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər