Modern.az

Uitkoff Zelenski ilə görüşdən sonra Moskvaya gedəcək

Uitkoff Zelenski ilə görüşdən sonra Moskvaya gedəcək

Dünya

Bu gün, 09:46

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Osloda Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra Rusiyaya səfər etməyi planlaşdırır. Onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Kiyev və Avropa tərəfdaşları ilə birgə hazırlanan sülh təkliflərini təqdim edəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

Jurnalistin məlumatına görə, Uitkoffun Rusiyaya səfərinin dəqiq tarixi açıqlanmayıb.

Ravidin həmsöhbətinin sözlərinə görə, Uitkoff Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün yola düşüb. Görüşün oktyabrın 20-də, çərşənbə axşamı keçirilməsi nəzərdə tutulur.

Danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe, E4 qrupunun nümayəndələri, Avropa İttifaqı və NATO təmsilçilərinin də iştirakı gözlənilir. Ravidin yazdığına görə, Uitkoff bu məsləhətləşmələrdən sonra Rusiyaya yollanmaq niyyətindədir.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner isə qripə yoluxduğu üçün Oslodakı görüşdə şəxsən iştirak edə bilməyəcək. Bununla belə, o, danışıqlara videobağlantı vasitəsilə qoşulacaq.

 

Sizə yeni x var
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...