Almaniya Kansleri Fridrix Merts Avropanın Rusiyadan qaynaqlanan təhlükəni lazımınca qiymətləndirmədiyini bildirib.
Modern.az xəbər verir ki, Merts “Bloomberg” agentliyinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin məqsədlərinin Ukrayna ilə məhdudlaşmadığını deyib.
Kanslerin qiymətləndirməsinə görə, Moskva Avropa qitəsində siyasi nizamı sarsıtmağa çalışır.
Bu açıqlama Almaniya hakimiyyətinin avqustda Leypsiq hava limanına dronlarla hücum cəhdində Rusiyanı ittiham etməsi fonunda səslənib.
Merts Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyini bildirib və Avropanın NATO çərçivəsində öz müdafiəsini gücləndirməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla mütəmadi müzakirələrində Avropa ölkələrinin sabitliyinin ABŞ-nin öz maraqlarına da uyğun olduğunu izah edir.
“Bloomberg” kanslerin mövqeyini ABŞ-nin Avropadakı iştirakını qorumaqla yanaşı, qitəni daha müstəqil fəaliyyətə hazırlamaq cəhdi kimi qiymətləndirib.