Ermənistanın ikinci prezidenti Robert Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə bu gün məhkəmədə baxılacaq.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin öz mənbələrindən əldə etdiyi məlumata görə, istintaq orqanı Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmədən də məlumatı təsdiqləyiblər.
Robert Köçəryan 2018-ci ildən indiyədək konstitusiya quruluşunu devirmək ittihamı ilə üç dəfə həbs olunub.
Bu dəfə isə Ermənistanın ikinci prezidentinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.
Eyni ittihamlarla onun böyük oğlu Sedrak Köçəryann da həbs edilib.
Robert Köçəryanla bağlı cinayət işində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın da adı keçir. Lakin onun barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.