Modern.az

Tayvan Çini seçkilərə müdaxilədə ittiham etdi

Tayvan Çini seçkilərə müdaxilədə ittiham etdi

Dünya

Bu gün, 07:58

Tayvan hakimiyyəti Çini noyabr ayında keçiriləcək yerli seçkilərə müdaxilə etmək məqsədilə genişmiqyaslı dezinformasiya kampaniyası aparmaqda ittiham edib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tayvanın Milli Təhlükəsizlik Bürosunun hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, 2026-cı ilin ilk doqquz ayında Çin mənşəli olduğu bildirilən 2,5 milyondan çox yanlış və ya mübahisəli informasiya materialı aşkarlanıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 48 faiz çoxdur.

Tayvanın xüsusi xidmət orqanları hesab edirlər ki, kampaniyada süni intellektlə hazırlanmış videolardan, saxta sosial media hesablarından və koordinasiyalı informasiya şəbəkələrindən istifadə olunur.

Bildirilib ki, yayılan materiallar əsasən enerji təhlükəsizliyi, ərzaq təminatı, müdafiə siyasəti və seçkilərdə iştirak edən namizədlərlə bağlıdır.

Milli Təhlükəsizlik Bürosunun məlumatına görə, Tayvanın dövlət qurumlarına qarşı kiberhücumların orta gündəlik sayı da 2,58 milyona çatıb.

Pekin isə əvvəllər Tayvanda seçkilərə müdaxilə və dezinformasiya yayılması ilə bağlı ittihamları rədd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində