Modern.az

Azərbaycanlı dənizçilər də burada vurulur: ən təhlükəli gəmiçilik yolu seçildi

Azərbaycanlı dənizçilər də burada vurulur: ən təhlükəli gəmiçilik yolu seçildi

Dünya

Bu gün, 13:37

Financial Times (FT) qəzeti yazır ki, Qara dəniz dünyada gəmiçilik marşrutları arasında ən təhlükəli bölgəyə çevrilib.

Modern.az-ın xəbərinə görə, nəşr qeyd edib ki, hazırda Qara dəniz dənizçilər üçün Fars körfəzindən daha təhlükəlidir.

“Dünya üzrə taxıl və Rusiya neftinin daşınması üçün mühüm dəhliz olan Qara dəniz gəmilər üçün Yaxın Şərqdən daha böyük təhlükə yaradır”, — deyə KİV gəmi sahiblərinə və dənizçilik assosiasiyalarına istinadən yazıb.

Bəzi qiymətləndirmələrə görə, hazırda Qara dənizdə hücumların sayı Fars körfəzi ilə müqayisədə altı dəfədən çoxdur. 2026-cı ildə isə bu dənizdə digər istənilən su hövzəsi ilə müqayisədə daha çox dənizçi həlak olub.

Dəniz təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olan Ambrey şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına görə, 2026-cı ildə Qara dənizdə gəmilərlə bağlı 570-dən çox insident baş verib. Bu hadisələr nəticəsində azı 40 dənizçi həyatını itirib.

Qeyd edək ki, Qara dənizdə azərbaycanlı dənizçilər də ən çox hücuma qalanlar sırasındadır. Demək olar ki, hər ay sözügedən su hövzəsində azərbaycanlı dənizçilərin olduğu gəmilərin PUA-larla vurulması barədə xəbərlər yayılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada