Modern.az

Bakıda 41 ağac sındı - FOTOLAR

Bakıda 41 ağac sındı - FOTOLAR

Hadisə

Bu gün, 11:27

Dünən axşam saatlarında güclü külək nəticəsində paytaxt ərazisində 41 ağac sınıb.

Bu barədə Modern.az-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda müvafiq işlər aparılır və işlərin abir-iki saata yekunlaşması nəzərdə tutulub:

"Dünən axşam saatlarında Bakı şəhərində güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın isə budaqları zədələnib. İndiyə kimi Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları sınan ağacların götürülməsi, budaqların budanması ilə məşğuldurlar. Hazırda işlər davam edir. Bir neçə saata işlərin yekunlaşdırılması nəzərdə tutulub".

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV