Modern.az

Xarkova PUA hücumu: 3 ölü var - GÖRÜNTÜ

Xarkova PUA hücumu: 3 ölü var - GÖRÜNTÜ

Hadisə

5 Sentyabr 2026, 23:45

Xarkov vilayətində Rusiya PUA-sının zərbəsi nəticəsində 3 nəfər ölüb, onlardan biri azyaşlıdır.

Modern.az xəbər verir ki, Xarkov vilayətinin Çuquyev şəhərində şəxsi evə pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Yerli hakimiyyətin məlumatına görə, hücum nəticəsində 3 nəfər, o cümlədən bir uşaq həyatını itirib.

Daha bir nəfərin - 40 yaşlı qadının yaralandığı və ona tibbi yardım göstərildiyi bildirilib.

Zərbə nəticəsində şəxsi yaşayış evi, yardımçı tikili və qaraj dağılıb. Hadisə yerində yanğın baş verib, fövqəladə hallar xidmətləri hücumun nəticələrini aradan qaldırır.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab