Modern.az

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hadisə

Bu gün, 00:41

Çelyabinsk hava limanında ilin əvvəlindən bəri heyvan mənşəli məhsulların daşınması ilə bağlı 265 qayda pozuntusu aşkarlanıb.

Modern.az xəbər verir ki, müsadirə edilən məhsulların ümumi çəkisi təxminən 400 kiloqram olub.

Məlumata görə, Ural Regionlararası Baytarlıq və Fitosanitar Nəzarət İdarəsinin əməkdaşları baytarlıq müşayiətedici sənədləri, müvafiq icazələri və zavod qablaşdırması olmayan balıq, ət, bal, eləcə də süd məhsullarının ölkəyə gətirilməsinin qarşısını alıblar. Bildirilib ki, sənədlərin olmaması regionun baytarlıq təhlükəsizliyi üçün risklidir.

Qayda pozuntularına ən çox Tacikistan, Azərbaycan, Gürcüstan və Özbəkistan vətəndaşları yol veriblər.

Ümumilikdə, 265 nəfər barəsində inzibati hüquq pozuntusu protokolu tərtib edilib. Potensial təhlükəli hesab edilən bütün məhsullar müsadirə olunaraq məhv edilmək üçün göndərilib.

 

İlyas Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər