Avstraliyada müstəqil deputat Helen Heyns ağır yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə deputatın Viktoriya ştatının Vanqaratta şəhərində yerləşən seçki dairəsi ofisinin qarşısında baş verib.
Məlumata görə, 65 yaşlı deputatı avtomobil vurub. Hadisənin qəsdən törədildiyi ehtimal olunur.
Avstraliyanın Baş naziri Entoni Albanizi baş verənlərin təsadüfi olmadığını bildirib.
Hadisə ilə əlaqədar 43 yaşlı kişi saxlanılıb. Araşdırmaya terrorla mübarizə üzrə müvafiq qurumlar da cəlb edilib.
Deputat xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hücumun motivləri hələlik müəyyən edilməyib.