Modern.az

Fransada komendant saatı uzadıldı

Fransada komendant saatı uzadıldı

Hadisə

Bu gün, 07:47

Fransa hakimiyyəti ölkədə davam edən kütləvi etirazlar və iğtişaşlar fonunda paytaxt Paris və digər böyük şəhərlərin müəyyən ərazilərində komendant saatını uzadıb.

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Paris polisi Respublika meydanı və “Les Halles” ticarət məhəlləsi ətrafında tətbiq olunan gecə məhdudiyyətlərinin zərurət aradan qalxanadək qüvvədə qalacağını açıqlayıb.

Lion şəhərinin mərkəzində isə saat 21:00-dan 06:00-dək hərəkət məhdudiyyəti davam etdirilir.

Fransanın Baş naziri Sebastyen Lekornü bildirib ki, növbəti etiraz aksiyaları ərəfəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcək.

Məlumata görə, ölkədə yaşayış xərclərinin artması və məktəblərdəki şəraitlə bağlı başlayan etirazlar bir sıra şəhərlərdə iğtişaşlarla müşayiət olunub.

İndiyədək 2400-dən çox şəxs saxlanılıb, 800-dən artıq şəxsin işi prokurorluğa göndərilib.

Hakimiyyət yeni iğtişaşların qarşısını almaq üçün polis qüvvələrinin sayını artırmağı planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində