Modern.az

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

İdman

Bu gün, 09:36

"Sabah"ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı Azərbaycanın UEFA reytinqində əmsalını artırıb.

Modern.az xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Uelsin TNS klubunu 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Azərbaycanın UEFA reytinqinə əlavə 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın 2026/2027 mövsümü üçün topladığı əmsal 1,000-ə yüksəlib. Hazırda ölkəmiz 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Azərbaycan 27-ci sıradakı Bolqarıstanı (18,312) qabaqlayır, 25-ci yerdə isə 20,750 əmsalla İsrail qərarlaşıb.

UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ilk oyunda Bakıda TNS-ni 2:0 hesabı ilə məğlub edən "Sabah" iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti mərhələdə Finlandiyanın KUPS klubu ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Azərbaycanlıların olduğu gəmini vurdu - ŞOK GÖRÜNTÜLƏR