Modern.az

Ölkədə qeydiyyatda olan BYD-lərin sayı açıqlandı

Ölkədə qeydiyyatda olan BYD-lərin sayı açıqlandı

İqtisadiyyat

Bu gün, 09:10

Azərbaycanda BYD markalı avtomobillərin sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə 19 min 799 BYD markalı minik avtomobili qeydiyyatdadır.

Bununla da BYD Azərbaycanda ən çox istifadə olunan Çin avtomobil markalarından birinə çevrilib. Rəsmi statistikaya görə, yalnız Changan markası daha yüksək göstəriciyə malikdir. Hazırda ölkədə 38 min 784 Changan markalı avtomobil qeydiyyatdadır.

Qeyd edək ki, BYD (Build Your Dreams) 1995-ci ildə Çində yaradılıb. Şirkət son illərdə elektrik və hibrid avtomobil satışlarına görə dünyanın ən iri istehsalçıları sırasında yer alır və bir çox bazarlarda Tesla ilə rəqabət aparır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Bu isə BYD markalı avtomobillərin ölkənin avtomobil parkının təxminən 1,2 faizini təşkil etdiyini göstərir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır