Modern.az

Turizm olmasa bu ölkələr çökə bilər - SİYAHI

Turizm olmasa bu ölkələr çökə bilər - SİYAHI

İqtisadiyyat

Bu gün, 12:46

2025-ci ildə qlobal turizm sektoru tarixi rekordu yeniləyərək dünya iqtisadiyyatına 11,7 trilyon ABŞ dolları töhfə verib. Bu göstərici qlobal ÜDM-in təxminən 10 faizinə bərabərdir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ümumi rəqəmlər yüksək olsa da, turizmin ölkələrin iqtisadiyyatındakı payı ciddi şəkildə fərqlənir. Bəzi dövlətlərdə turizm əsas gəlir mənbəyi olduğu halda, digərlərində onun iqtisadiyyata təsiri nisbətən məhduddur.

Turizmdən ən çox asılı olan ölkələr və ərazilər sırasında ilk yeri Çinin xüsusi inzibati rayonu olan Makao tutur. Burada turizm ümumi daxili məhsulun (ÜDM) 70,8 faizini təşkil edir.

İkinci yerdə Karib hövzəsində yerləşən Aruba adası (69,7 faiz), üçüncü yerdə isə Maldiv adaları (68,1 faiz) qərarlaşıb. Siyahıda dördüncü pillədə isə Avropanın kiçik dövləti Andorra yer alır. Bu ölkədə turizmin iqtisadiyyatda payı 66,5 faizə çatır.

Avropanın iri iqtisadiyyatları arasında isə turizmdən ən çox gəlir əldə edən ölkə İspaniyadır. Turizm burada iqtisadiyyatın təxminən 16 faizini formalaşdırır. Ölkə 2025-ci ildə rekord sayda – 96,5 milyon xarici turist qəbul edib.

Yunanıstan və Portuqaliya da turizmin iqtisadiyyatda yüksək paya malik olduğu Avropa ölkələri sırasındadır. Fransa və İtaliyada isə bu göstərici 9-12 faiz arasında dəyişir.

Qeyd edək ki, xəritədə region ölkələri arasında Türkiyədə turizm gəlirlərinin iqtisadiyyatda payı 4,4 faiz, Rusiyada isə cəmi 0,4 faiz göstərilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada