Modern.az

Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək

Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək

Mədəniyyət

Bu gün, 13:49

Xalq şairi Musa Yaqubun uşaq şeirlərindən ibarət “Gül bağçası” kitabının təqdimat mərasimi keçiriləcək.

Modern.az xəbər verir ki, təqdimat mərasimi oktyabrın 22-də, saat 13:00-dan 13:45-dək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunacaq. Tədbir Bakı Ekspo Mərkəzində yerləşən “SOCAR təqdimat zonası”nda baş tutacaq.

“İpəkyolu” nəşriyyatının uşaq ədəbiyyatı qolu olan “Nar uşaq nəşrləri” tərəfindən nəşr edilən “Gül bağçası” kitabı Musa Yaqubun uşaq şeirlərini əhatə edir.

Təşkilatçılar bu münasibətlə böyük şairin poeziyasının pərəstişkarlarına müraciət ediblər. Bildirilib ki, təqdimat mərasimində kitabın təqdimatı ilə yanaşı, Musa Yaqubun poetik dünyası haqqında çıxışlar ediləcək, onunla bağlı xatirələr bölüşüləcək, ədəbiyyat tariximizdə silinməz izlər qoymuş şeirlərindən nümunələr səsləndiriləcək.

Təşkilatçılar hər kəsi bu poeziya bayramında iştirak etməyə dəvət ediblər.

Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?