Modern.az

90 saylı dairədə İqbal Ağazadəyə qarşı TƏXRİBAT

90 saylı dairədə İqbal Ağazadəyə qarşı TƏXRİBAT

Aktual

18 İyun 2016, 12:16

Ümid Partiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə bu gün keçirilən təkrar seçkilərlə bağlı məlumat yayıb.

Modern.az-a daxil olan məlumatda deyilir ki, 90 saylı DSK Ümid Partiyasından olan 33 nəfərin və 30 bitərəf müşahidəçənin sənədlərini vermək istəmir. Hazırda DSK qarşısında kütləvilik yaranıb

Məlumata görə, seçkilərdə bir sıra qanun pozuntuları baş verib. Məsələn, 1 saylı məntəqədə müşahidəçiləri içəri 07:30-da buraxıblar, halbuki bu, 07:00-da olmalıydı.

Ümid Partiyası daha sonra bəyan edib:

“2 saylı məntəqədə müşahidə etməyə imkan vermirlər, “karusel” davam edir.

3 saylı məntəqədə seçkiyə 7 nəfər gəlməsinə baxmayaraq, mənəqə sədri 120 nəfər qeyd edib

5 saylı məntəqədə məktəb direktoru məntəqə üzvüdür, seçicilərə mane olur, təzyiq göstərir. Qanunla isə məntəqə formalaşanda tərkibində məktəb direktotu ola bilməz.

6 saylı məntəqədə bülletenlər topa-topa kəsilir.

8 saylı məntəqədə müşahidəçilərə işləməyə imkan verilmir.

9 saylı məntəqə 6:30 açıq idi, halbuki, qanunla 07:00-dan açılmalıydı. Ümid partiyasından məntəqəyə cəmi 1 nəfər buraxıblar, qalanlar çıxarılıb.

10 saylı məntəqədə məntəqə üzvü olan direktor canfəşanlıq edir, müşühidəçiyə təzyiq göstərir.

11 saylı məntəqədə bir qrup öyrədilmiş şəxs gətirilib, müşahidəçiləri təxribata çəkmək istəyiblər.  

19 saylı məntəqə müşahidəyə imkan vermir. Məntəqə sədri Fəxrəddin Qocayev prosesə müdaxilə edir, açıq təbliğat aparır, deyir ki, “biz artıq neçə vaxtdır deputatı seçmişik, bunlar boş,  formal şeydir”.

25 saylı məntəqədə müşahidəyə imkan verilmir, qutulara topa halda bülleten atılıb.

29 saylı məntəqə ərazisində açıq “karsuel” aparılır, bir Qazel markalı avtomobil sakinləri bir məntəqədən digərinə aparanda yolda aşıb, xəsarət alanlar var.

33 saylı məntəqədə səlahiyyətli nümayənlər məntəqədən çıxarılıb.

37 saylı məntəqədə kobud qanun pozuntusu baş verib. Eyni adam 4 dəfə səs verib. 90 MR 369 markalı avtomobil məntəqəyə adam daşıyı. Onlar da həmin məntəqədə qeydiyyatı olmayanlardır. Məntəqə yerləşən bina müxaniki suvarma binası ilə üzbə-üzdür. Orda işləyənləri məcburi işə cağırıblar, səs verdirirlər.

Qeyd edək ki 6 saylı seçki məntəqəsindən Ümid partiyasının səlahiyyətli nümayəndəsi Günel İbadova məntəqədən çıxarılıb, polisə aparılıb.

Əlavə olaraq qeyd edək ki, icra nümayəndələri və bələdiyyə seçkiyə açıq-aşkar müdaxilə edir,  kobud şəkildə qanunları pozurlar”.


Xatırladaq ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 90 saylı dairədən deputatlığa namizəddir.





Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı