Modern.az

Dini ekstremizmə qarşı effektiv mübarizə yolları müzakirə edilib

Dini ekstremizmə qarşı effektiv mübarizə yolları müzakirə edilib

20 İyun 2016, 23:56

Binəqədi, Qəbələ və Sabirabad rayonlarında “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda konfranslar keçirilib. Modern.az saytı xəbər verir ki, “Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası tərəfindən təşkil olunan tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb. Layihənin məqsədi dini mühitdə radikallığa və ekstremizmə meyllərin öyrənilməsi, dəyərləndirilməsi, bu meyllərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, kompleks tədbirlərin effektini daha da artırmaq üçün müvafiq qurumlara təkliflərin verilməsidir.

Layihə çərçivəsində Binəqədi, Qəbələ və Sabirabad  rayonlarında keçirilən konfranslar zamanı yerli İcra Hakimiyyətləri yanında Dini İşlər üzrə Komissiyalar, yerli idarəetmə orqanları, rayon Ağsaqqallar Şurası, Gənclər və İdman İdarələri, yerli mətbuat orqanları, ziyalılar, təhsil işçiləri, dini icma nümayəndələri, regionun din xadimlərinin iştirakı ilə ictimai müzakirələr aparılıb, gənclərin radikal cərəyanlara meyllənməsi barəsində fikir mübadiləsi həyata keçirilib, təkliflər səsləndirilib. Vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi, dindarların özlərini cəmiyyətdən və dövlətdən kənar hiss etmə kompleksinin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılması vacibliyi də vurğulanıb. Konfranslarda  məruzələr dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü