Modern.az

Şirvandakı partlayışda yaralananlardan bir neçəsi evə BURAXILDI

Şirvandakı partlayışda yaralananlardan bir neçəsi evə BURAXILDI

27 İyul 2016, 10:50

 

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

İyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.

 

Hadisə nəticəsində 24 nəfər xəsarətləri alıb.

 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 

 

Hadisə nəticəsində müəssisənin iki əməkdaşı –Ağamir Məmmədov və İlhamə Nuriyeva həyatını itirib.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir