Modern.az

Ermənistanda Təhlükəsizlik Şurasının aparatı buraxıldı

Ermənistanda Təhlükəsizlik Şurasının aparatı buraxıldı

Aktual

10 Avqust 2016, 13:19

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurası aparatının buraxılması barədə sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Məlumata görə, sərəncamla Prezident Administrasiyasının rəhbəri və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Şuranın yeni yaradılacaq katibliyinin nizamnaməsi və tərkibinin təsdiqi ilə bağlı sərəncam vermək üçün prezidentə təqdim etmələri barədə göstəriş verilib.

 

Bildirilib ki, bu qərar müasir daxili və xarici çağırışlara operativ, effektiv və koordinasiyalı şəkildə reaksiya vermək üçün Milli Təhlükəsizlik Şurasının rolunun artırılması məqsədilə qəbul olunub.

 

Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı